"Əbülfəz Əliyev Azərbaycan prezidenti səlahiyyətlərini qanuniləşdirərək hakimiyyətə gəldikdən sonra AXC üzvləri çoxlu sayda partnomenklatura nümayəndələrini öz işlərində saxlamaqla yanaşı, hətta yenilərinə də vəzifə verdilər. Çünki dövlətçilk təcrübəsi olmayan AXC hakimiyyəti islahatlar keçirmək barəsində düşünmədən köhnə sistem üzərindən hakimiyyəti yönəltməyə çalışdılar". Bunu SİA-ya Vəhdət Pariyası sədrinin ümumi əlaqələr üzrə müavini Vasif Əfəndi deyib.
Onun sözlərinə görə, siyasi islahatlar aparmayan AXC hakimiyyəti tez bir zamanda ölkəni xaos və vətəndaş qarşıdurmasına çatacaq həddə gətirdilər: "Bundan sonra isə məlum hadisələr baş verdi və Əbülfəz Əliyev öz komandası ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin ayağına gedib ondan hakimiyyətə gəlməsini xahiş etdilər. İndiki halda hakimiyyətə gəlməkdə heç bir şansı olmayan bəzi müxalifət nümayəndələrinin iqtidar olacaqları təqdirdə qisas alacaqları ifadələrini işlətməsi yaşadıqları taleyin məyusuluğunu çəkməsinin nəticəsidir. Bu tip adamalara yalnız onu tövsiyyə edərdim ki, öz etirazınızı və küskünlüyünüzü hakimiyyətdə olmuş liderlərinə etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB