Milli Şuranın İŞİD siması açıldı

Milli Şuranın İŞİD siması açıldı

Bu gün Milli Şura adlı radikal müxalifət təşkilatın keçirdiyi mitinq xarakterik xüsusiyyətləri ilə hətta digər müxalifət partiyalarını belə təəccübləndirdilər. Söhbət onda deyil ki, bu yağışlı havada Əli Kərimli-Cəmil Həsənli-Gültəkin Hacıbəyli triosu bir qrup tərəfdaşını mitinqə çıxara bilmişdilər, məsələ burasındadır ki, həmişə dini təşkilatların, məzhəblərin, inanclıların siyasi proseslərə qatılmalarına başqa rəng verənlər bu dəfə həmin rəngin içində itib batmışdılar. Məsələ ona görə diqqət cəlb edib ki, siyasi xarakterli mitinqdə bu dəfə dindarlar təşəbbüsü ələ almıdılar, yaxud da Əli Kərimlinin çetesi onlara münbit şərait yaratmışdı.

Elə Taleh Bağırzadənin bəyanatının oxunması onu deməyə əsas verir ki, Əli Kərimli radikal dindarlara bəyanat oxumaları üçün şərait yaratmaqla həmdə özü radikal dindarlardan sosial baza kimi istifadə etmək niyyətindədir. Nəzərə alsaq ki, həmin dindarlar bu gün də İŞİD sıralarında başqa dövlətin suverenliyini pozmaqla məşğuldur, deməli bu şəxslər həm də beynəlxalq terrorçudurlar. Belə çıxır kiŞ Əli Kərimli beynəlxalq terror təşkilatı ilə izdivacdadır, onlarla əməkdaşlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə