Şirvanda gənclərlə görüş olub FOTOLAR

Şirvanda gənclərlə görüş olub FOTOLAR

Bu gün Şirvan şəhərində ilk dəfə səsvermə hüququ qazanan gənclərlə görüş keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, görüşdə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev də iştirak edib.

İlk olaraq YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov açılış nitqi söyləyib.

Sonra Bəhruz Quliyev gənclər qarşısında çıxış edərək bildirib ki, 26 sentyabr 2016-cı il tarixdə ölkəmizdə keçiriləcək referenduma təqdim olunan əlavə və dəyişikliklər məhz gənclərimizin seçilmək hüququnu təmin etmək məqsədi daşıyır: "Gənclərimiz özünü idarəetmədə kifayət qədər təmsil ediliblər. Bələdiyyələrdə, parlamentdə gənclərə aktiv fəaliyyət göstərmələri üçün xüsusi şərait yaradılıb. Siz gənclər seçici olmaqla yanaşı, həm də təşviqatçısınız. Gənclərimiz Ali Baş komandanımız cənab İlham Əliyevin hər zaman çağırışına hazır olduqlarını daima vurğulayırlar. Bu ilin əvvəlində aprel döyüşlərində gənclərimiz, eləcə də xalqımız Ali Baş komandanın ətrafında sıx birləşərək torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Bu gün Azərbaycanda xalqla hakimiyyət arasında sıx birlik var. Ona görə bəzi xarici qüvvələr ölkəmizdəki əlaltıları ilə bu sarsılmaz birliyə, dövlətçiik ənənəmizə xələl gətirmək istəyirlər. Sabitliyimizə mane olmaq istəyirlər. Amma Azərbaycan gəncliyi hər zaman müstəqil dövlətinə sadiq olublar. Ona görə 26 sentyabrda keçirilən referendumda Konisitusiyamızın 29 maddəsinə əlavə və dəyişiklik olunması ümumxalq səsverməsinə çıxarılıb. Bunlardan 23 maddədə dəyişiklik, 6 maddədə isə əlavə olunacaq. Bu əlavə və dəyişiklik günün, zamanın, beynəlxalq idarə etmə sisteminə inteqrasiyadan irəli gəlir. Ona görə hər birimiz ölkəmizin inkişafına "hə" deməliyik. 26 sentyabrda seçki məntəqələrinə gedib səs vermədə iştirak etməklə gələcəyimizə, inkişafımıza, gənclərimizin ölkənin ictimai siyasi həyatında yaxından iştirakına imkan yaradan dəyişikliyə səs vermiş olacaqsınız".

Sonra YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov çıxış edərək hər kəsi seçki məntəqələrinə gələrək referendum aktına əlavə və dəyişikliyə səs verməyə çağırıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə