Bu gün "Milli Şura" adlanan müxalifət qurumunun mitinq cəhdi yenə fiaskoya uğradı. SİA xəbər verir ki, həmişə elan etdiyi mitinqlərdən sonra acınacaqlı rüsvayçılıqla qarşılaşan radikal müxalifət ünsürləri, bu dəfə tam başqa formada fiasko acısı yaşayıblar. Məsələ burasındadır ki, "Milli Şura" deyilən qurumun bu günkü "mitinqində" tək-tük sayılacaq iştirakçıların əsas hissəsi, sən demə islamçı radikal ünsürlər olublar. Həttda bunu sübut edən fakt kimi, iştirakçıların həbs olunan radikal islamçı təxribatçı Taleh Bağırzadənin portretlərini mitinqdə əllərində tutmasını göstərmək olar. Sosial bazası olmayan müxalifət qurumlarının isə, artıq radikal islamçı ünsürlərə möhtac olması qaçılmaz faktdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB