Joxovurd: “Sarkisyan yenə Qarabağ klanını ətrafına yığır” NARAZILIQ
"Serj Sarkisyan 2 aprel 2017-ci ildə keçiriləcək parlament seçkilərinə qədər öz komandasının tərkibini dəyişmək qərarına gəlsə də yenidən Qarabağ klanına arxalanıb". SİA xəbər verir ki, bu barədə "Joxovurd" erməni nəşri yazır.
Qəzetin məlumatına görə, Sarkisyan ötən ay özünün ən yaxın ətrafı ilə (Bako saakyan, Arkadi Qukasyan, Barseq Beqlaryan, Zori Balayan və s.) hakimiyyəti əldə saxlamaq yolları ətrafında variantlar düşünüb. O, qeyd edib ki,yaxın vaxtlarda onun geniş dəstəyə ehtiyacı olacaq. "Məhz bu görüşdən sonra o bəyan etdi ki, "xalq etimadı hökuməti" formalaşdırmağa hazırdır"-deyə "Joxovurd" qeyd edir.
Nəşr daha sonra yazır ki, artıq Qarabağ klanının təmsilçiləri İrəvanda öz ətraflarında Serj Sarkisyanın alternativinin olmamaı barədə fikirlər yaratmağa başlayıblar. Onlar 2017-ci il seçkiləri öncəsi hər kəsin Sarkisyanın ətrafında birləşməli olduğunu deyirlər. "Bu təbliğat tezliklə dövlət istiqaməti olacaq və gər yerdə səslənəcək. Lakin bütün bunların sonluğu necə olacağını zaman göstərəcək"-deyə adıçəkilən nəşr yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB