Poroşenko: “Ukraynada Dumaya seçkilər baş tutmayacaq” SIYASI QALMAQAL

Poroşenko: “Ukraynada Dumaya seçkilər baş tutmayacaq” SIYASI QALMAQAL

Ukrayna prezidenti Pyotr Poroşenko xarici işlər naziri Pavel Klimkinə tapşırıq verib ki, Rusiya Dumasına keçiriləcək seçkilərin ölkə ərazisində baş tutmayacağını qarşı tərəfə çatdırsın. SİA "intefax.ru"ya istinadən xəbər verir ki, Poroşenko bir dövlətin digər ölkənin daxilində seçkilər keçirməsini mümkünsüz hesab edir.

"Prezident xarici işlər nazirinə bu barədə xüsusi tapşırıq verib və Moskvaya xəbərdarlıq etməsini istəyib". Bu fikirləri isə P.Poroşenkonun mətbuat katibi Savyatoslav Tseqolko feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, Ukraynanın ali radası həftənin cümə axçamı günü beynəlxalq birliyə müraciət edib və onların sentyabrın 18-də dumaya keçiriləcək seçkiləri müşahidə etməmələrini xahiş edib. Həmçinin, Krım və Sevastopoldakı nəticələrin tanınmamasını da tələb edib.

Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, onlar xarici parlamentlərin Krımdakı seçki nəticələrini tanımaması mümkünlüyünə heç bir reaksiya göstərməyəcək. "Hazırkı məqamda qəbul ediləcək qərarlar heç bir rol oynamayacaq və Moskva tərəfindən qəbul edilməyəcək. Çünki Krım Rusiyanın ərazisidir. Ona görə də həmin qərarları qəbul edərək onu diqqətimizdə saxlamağımız qeyri-mümkündür"-deyə Peskov jurnalistlərin müvafiq məsələ ilə verdikləri suallarını cavablandırarkən vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə