Fransaya işgüzar səfəri çərçivəsində Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Avropa Məsələləri üzrə Dövlət Naziri Harlem Desir ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan. Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin mövcud vəziyyəti barəsində ətraflı fikir mübadiləsi aparıldı. Tərəflər münaqişənin həlli üzrə aparılan substantiv danışıqlar prosesinin daha da sürətləndirilməsinin vacibliyini qeyd ediblər.
Nazir Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın daim substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə həmçinin Azərbaycan və Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB