"Özbəkistan hərbçilərinin Qırğızıstanla həmsərhəd bölgələrdə sayının artırılması hərbi-təlim hazırlıqları ilə bağlıdır". SİA xəbər verir ki, bu barədə "interfax"a Qırğızıstanın sərhəd xidmətinin mətbuatla əlaqələr şöbəsindən məlumat verilib.
"Özbəkistan ərazilərində güc strukturlarının plan-təlim hərbi hazırlıqları gedir. Bununla bağlı Özbəkistanın Qırğızıstanla sərhəd bölgələrinə hərbi texnikalar yerlşdirilib və daha öncədən bu barədə məlumatlar verilib", - deyə Qırğızıstan Sərhəd Xidmətindən verilən xəbərdə bildirilir.
Sonda qeyd olunub ki, Özbəkistan silahlı qüvvələri Qırğızıstanın Cəlalabad vilayətinin Ala-Buk rayonu ilə həmsərhəd ərazidə toplaşıblar. "Narahatlıq üçün isə heç bir əsas yoxdur", - deyə Qırğızıstan tərəfi vurğulayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB