Ermənistanda çörək alıcılarının sayı azalıb ACLIQ

“Joxovurd”: “4 min ton fərq var”
Ermənistanda çörək alıcılarının sayı azalıb ACLIQ

"Ermənistanda çörək elə bir məhsul hesab olunur ki, onun istifadəsinin aşağı düşməsini alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirmək olmaz". SİA-nın məlumatına görə, bu barədə "Joxovurd" qəzeti yazır.

Erməni nəşri qeyd edir ki, əgər çörək çox az miqdarda istehsal olunursa, bu sadəcə, çörək alıcılarının sayı azalmasının göstəricisidir: "Ermənistanın milli statistika xidmətinin məlumatına görə, cari ilin yanvar-iyul aylarının ötən illə analoji müqayisəsində çörək istehsalı 2.3% aşağı düşüb.

Adıçəkilən nəşr qeyd edir ki, son məlumatlara görə, cari ilin 7 ayında 164 min ton çörək istehsal edilib və ötən ilin analoji dövrü ilə müqayisədə bu, çörək istehsalının daha 4 min ton azalması deməkdir. Belə ki, ötən ilin mövcud aylarında 168 min ton çörək istehsal olunmuşdu.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə