“Yeni Azərbaycan” təşviqat qrupundan uğurlu start FOTOLAR

“Yeni Azərbaycan” təşviqat qrupundan uğurlu start FOTOLAR

Ağdam rayonu

Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Ağdam rayon şöbəsi təbliğat-təşviqat kampaniyasına start verib. SİA-nın əldə etdiyi məlumata görə, Ağdam rayonu üzrə 4 seçki dairəsində 129 seçki məntəqəsində, o cümlədən 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi üzrə (25 seçki məntəqəsində 10972 seçici), 118 saylı Ağdam şəhər seçki dairəsi üzrə (46 seçki məntəqəsində 39737), 119 saylı Ağdam kənd seçki dairəsi (42 seçki məntəqəsində 41942 seçici) üzrə və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi (16 seçki məntəqəsində 10694) üzrə təbliğat-təşviqat kampaniyasına başlanılıb.

Qusar rayonu

Referendum üzrə "Yeni Azərbaycan"Təşviqat qrupunun Qusar rayon şöbəsi təbliğat tədbirlərinə başlayıb. Təşviqat Qrupunun üzvləri bu gün səhərdən başlayaraq seçki məntəqələrinin yaxınlığında, rayonda əvvəlcədən müəyyənləşdirilmiş xüsusi yerlərdə təbliğat plakatlarının vurulması kampaniyasına start veriblər. Qrupun fəalları müəyyən olunmuş yerlərdə təşviqat materiallarının yerləşdirməsini təmin ediblər.

Quba rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Quba rayon şöbəsi böyük coşqu ilə təbliğat kampaniyasına başlayıb. Təbliğat kampaniyasına "Həmrəy olaq, Hə deyək" şüarı yazılmış plakatların 52 saylı Quba , 53 saylı Quba –Qusar seçki dairələrinin 133 məntəqəsi qarşısındakı lövhələrin açılması ilə start verilib.

"Yeni Azərbaycan" referendum təşviqat qrupunun Quba rayon şöbəsi üzvləri və fəal gənclər kampaniyanın uğurla başa çatması üçün xüsusi fəallıq göstərirlər. Quba seçiciləri əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də fəallıq göstərəcəklərini bildiriblər. Qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illər çox böyük uğurlar qazanıb, ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Xalqımızın rifah halı yüksəlib, ölkəmizin beynəlxalq səviyyədə nüfüzu durmadan artır. Bütün bu naliyyətlər hər bir azərbaycanılıda qürur hissi doğurur.

Oğuz rayonu

03 sentyabr 2016-cı il tarixdə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Oğuz rayon şöbəsi böyük coşqu ilə təbliğat kampaniyasına başlayıb. Təbilğat kampaniyasına "Həmrəy olaq, Hə deyək" devizi altında plakatların təbliğat lövhələrində asılması ilə start verilib.

Səbail rayonu

Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendum ilə əlaqədar bu gün "Yeni Azərbaycan" təşviqat qrupunun Səbail rayon şöbəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına start verilib. Saat 08:00-dan başlayaraq YAP Səbail rayon təşkilatının fəallarından təşkil olunmuş komanda refendumla bağlı təşviqat materiallarını 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə ümumilikdə 40 seçki məntəqəsinin ərazisində quraşdırılmış təşviqat lövhələrinə vurmağa başlayıblar. Plakatların yapışdırılması prosesi günorta saatlarında uğurla sona çatdırılıb.

Tərtib olunmuş qrafikə uyğun olaraq 05 sentyabr tarixindən başlayaraq rayon seçiciləri ilə görüşlər keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə