Tural Abbaslı: “Aksiyalarda kütləvilik önəmlidir” AÇIQLAMA

Tural Abbaslı: “Aksiyalarda kütləvilik önəmlidir” AÇIQLAMA

"Seçki ərəfəsi mitinq, piket və bu tipli kütləvi aksiyalar keçirmək təbii ki, lazımlı və labüddür. Bildiyimiz kimi 26 sentyabrda da Azərbaycanda Referendum keçiriləcək və artıq bu gündən təbliğat-təşviqat dönəminə start verilir". Bunu SİA-ya Vahid Azərbaycan Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı AXCP və Müsavat partiyasının planlaşdırdığı mitinqə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, təbliğat-təşviqat dönəmində keçiriləcək referduma hər bir siyasi quruluş bu və ya digər formada öz mövqeyini sərgiləməlidir: "Adlarını çəkdiyiniz partiyalar da bu dönəmdən istifadə edərək mövqeylərini sərgiləmək istəyirlər və bu onların hüququdur. Burada qeyri adi nəsə yoxdur. Ancaq belə tədbirlərdə kütləvilik önəmli olur, güman edək ki, aksiyalar bu baxımdan uğurlu olar. Ancaq indiki məqamda onların siyasi passivliyi və insanların müxalifətin mitinqinə maraqsızlığını nəzərə alsaq mən o qədər də nikbin deyiləm.İstənilən halda uğur arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə