Latviya prezidenti NGBM-nin İdarə Heyəti üzvlərini qəbul edib FOTO
Latviya prezidenti Raymonds Veyonis Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərini qəbul edib. Bu barədə SİA-ya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Görüşdə mərkəzin həmsədrləri - Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin və mərkəzin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak edib. Nümayəndə heyətinin üzvləri Latviya prezidentinə Qlobal Bakı Forumu barədə məlumat veriblər. Forumun mühüm əhəmiyyət daşıdığı, qlobal problemlərin müzakirə edildiyi nüfuzlu siyasi, elmi platformaya çevrildiyi vurğulanıb. R. Veyonis 2017-ci ildə keçiriləcək V Qlobal Bakı Forumuna dəvət olunub. Latviya Prezidenti mərkəzin fəaliyyəti barədə məlumatların böyük maraq doğurduğunu vurğulayıb.
Görüşdə Latviyadakı Azərbaycan diasporuna göstərilən diqqət, qayğı və dəstəyə görə Latviya prezidentinə və hökumətinə minnətdarlıq ifadə olunub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərinin Riqaya səfəri davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB