Rusiya Hələb şəhəri istisna olmaqla ABŞ-la birgə Suriyadakı hədəfləri vurmağa hazırdır. Belə ki, Hələb üzərində yalnız Suriyaya məxsus hərbi hava qüvvələri əməliyyatlar keçirir. Bunun üçünsə onlarla razılaşma olmalıdır. SİA xəbər verir ki, bu barədə "İzvestiya"ya Rusiya-ABŞ danışıqlarından məlumatlı olan mənbə deyib.
Belə ki, ötən bazar günü Cenevrədə aparılan müzakirələrdə rusiyalı nümayəndələr öz mövqelərini bildiriblər.
"ABŞ Rusiya Federasiyasına aviasiyaların birgə koordinasiyalaşdırılmış hərəkət mexanizmi ilə bağlı təkliflər paketi göndərib və ilk növbədə Hələb şəhəri nəzərdə tutulub. Lakin Moskva bildirib ki, Rusiyanın hərbi kosmik qüvvələri Hələbi və ətrafını bombalamır. Bu baxımdan, ABŞ Hələbin bombalanması üçün yalnız Suriyanın hərbi hava qüvvələri ilə razılaşdırma aparmalıdır"-deyə "İzvestiya"nın mənbəsi qeyd edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB