İtaliyanın Azərbaycandakı səfirliyində bu ölkədə baş vermiş zəlzələ qurbanlarını yad etmək üçün xatirə kitabı açılıb. SİA-nın məlumatına görə, xatirə kitabına ürək sözlərini yazmaq üçün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri, ictimaiyyət nümayəndələri səfirliyi ziyarət edib.
Səfir Campaoli Kutilo bildirib ki, bu bədbəxt hadisə nəticəsində 200 nəfərdən çox insan həyatını itirib, ölkənin dağlıq hissəsində bir sıra şəhər və kəndlər ciddi ziyan çəkib. Diplomat vurğulayıb ki, hadisədən dərhal sonra Azərbaycan Prezidenti başsağlığı məktubu göndərdi: "Biz bu həmrəyliyə görə minnətdarlığımızı bildiririk. Hələ də dostlardan və ictimai təşkilatlardan məktublar alırıq. Beynəlxalq ictimaiyyət köməyini təklif etdi, amma biz özümüz öhdəsindən gələ biləcəyimiz barədə məlumat verdik. Qırmızı Xaç və digər yardım təşkilatları zəlzələ nəticəsində zərər çəkmişlərə kömək məqsəilə hesab açıb".
Qeyd edək ki, xatirə kitabı 30-31 avqust tarixlərində saat 10:00-dan 13:00-dək açıq olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB