“Saxta partiya bileti ilə siyasi mühacir statusu qazanırlar” MÜNASİBƏT
"Siyasi partiyalar öz adlarından istifadə edərək dövlətə qarşı hər hansı kampaniya aparılmasına yol verməməlidirlər. Çox təəssüf ki, son zamanlar AXCP, Müsavat və bu kimi radikal mövqedə duran siyasi qüvvələrdən Avropaya köç etmiş şəxslər siyasi mühacir statusu qazanırlar". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.
Onun sözlərinə görə, həmin partiya üzvlərinin və ya üzvü olmayan şəxslərin saxta partiya vəsiqəsi əldə edərək Avropada siyasi mühacir statusu qazanması yol verilməzdir: "Siyasi mühacir o şəxslərə verilir ki, həmin insanlar öz ölkələrində siyasi təhdid və təzyiqlərə məruz qalır, fikirlərini sərbəst ifadə edə bilmir, siyasi azadlıqları olmur. Belə olan halda, burada əsas məqsədin partiya biletini satmaqla pul qazanmaq olduğu müəyyənləşir. Bir çox hallarda bunun nəticəsi olmur. Həmin şəxslər yenidən Bakıya deportasiya edilirlər. Buna baxmayaraq, bu cür addımlar bir çox dövlətlərin Azərbaycana qarşı təzyiq alətinə çevrilə bilər. Bu baxımdan siyasi partiyalar ilk növbədə milli maraqları qorumalı, onlardan öz ölkələrinə qarşı istifadə edilməsinə şərait yaratmamalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB