“Vitse- prezdentlik institunun yaradılması mütərəqqi addımdır” RƏY
"Cəmiyyət inkişafı ilə yanaşı onu idarə edən dövlət qanunlarının da inkişaf etdirilməsi vacibdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
O bildirib ki, inkişaf etmiş ölkələrin konstitusyalarında da mütəmadi olaraq dəyişikliklər edilir, qanunlar müasirləşdirilir, dövlət idarəetmə sistemi təkmilləşdirilir: "Sentyabrın 26- da keçiriləcək referendumda ümumxalq səsverməsi yolu ilə Konstiusiyamızda müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulub. Nəzərdə tutulan hər bir dəyişiklik Azərbaycan qanununun xalqa daha mükəmməl xidmətinə, daha demokratik hüquqi dövlət quruluşunun təşkilinə xidmət edəcəkdir. Bu dəyişikliklərdən biri də Konstitusiyaya əlavə edilməsi nəzərdə tututulan 103.1 maddəsidir. Yəni, bu maddədə Azərbaycanda 1-ci vitse-prezident və vitse-prezdent vəzifələrinin təsis olunmasını qanun normasına salınmasını nəzərdə tutulur. Ümumiyyətlə, vitse-prezdentlər institutu beynəlxalq praktikada mövcuddur və BMT- də təmsil olunan 193 dövlətdən 67-sində bu postlar mövcuddur. Qeyd etmək istəyirəm ki, vitse-prezident postları olan ölkələrin əksəriyyəti möhkəm dövlət quruluşuna malik inkişaf etmiş ölkələrdir. Bu ölkələrdə dövlət başçısı səlahiyyət müddəti ərzində vitse-prezidentləri təyin edir və onunla yanaşı dövlətin əsas sahələrinə cavabdehlik daşıyır. Referenduma çıxarılan əlavələrdə vitse-prezdentlik institunun yaradılması və onların toxunulmazlığı ilə bağlı məsələlər yer alır və qanun şəkilinə salınır. Amma, vitse-prezdentlərin hansı sahədə fəaliyyəti olacaqsa, məsələ qanun şəkilinə düşəndən sonra ölkə başçısı tərəfindən müəyyənləşdirəcəkdir. Həm də bununla yanaşı qeyd etmək istəyirəm ki, vitse-prezdentlik institunun yaradılması mütərəqqi addımdır və Azərbaycanda sabit inkişafı təmin edən idarəçilik sistemi yaradacaqdır".
Millət vəkili bildirib ki, vitse-prezident institutu yaradılandan sonra idarəetmədə nəzarət mexanizmi daha effektiv işləyəcək, beynəlxalq əlaqələrin daha da güclənməsinə xidmət edəcəkdir: "Vitse-prezdent institutunun yaradılması dövlət idarəetməsini daha aktivləşdirəcək və möhkəmləndirəcək bir addımdır .Düşünürəm ki, cənab Prezdent tərəfindən təqdim olunmuş Konstisusiyada nəzərdə tutulan dəyişikliklərə xalqımızın yüksək dəstəyi olacaqdır. Çünki, bütün dəyişikliklər xalqımızın rahat və yaxşı yaşamasını təmin edəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB