Gümrüdə Avetisyanlar ailəsinin 7 nəfər üzvünü öldürmüş Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Premyakova verilmiş ömürlük həbs cəzası gümrülülər tərəfindən etirazla qarşılanıb. SİA xəbər verir ki, Ermənistanın birinci kanalı Premyakova verilmiş ömürlük həbs cəzası ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib və şəhər sakinlərinin bir hissəsi deyib ki, əgər ölüm hökmü yoxdursa, demək ömürlük həbs cəzası olmalıydı.
Lakin digərləri çıxarılan hökm ilə razı olmadıqlarını deyirlər. "Ona bu da azdır, ən azından o meydana gətirilməli və orada doğranmalı idi"-deyə Gümrü sakinləri bildiriblər: "Onu ya güllələməli, ya da xalqın əlinə verməliydilər. Xalq bıçaqlarla olnu dəlik-deşik etməliydi...Bunun yerinə isə ömürlük həbs veriblər. O, rahat şəkildə yeyəcək, içəcək və yatacaq".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB