"Azərbaycan-Rusiya-İran üçtərəfli formatının yaradılması münasibətlərimizin tarixində yeni səhifə açdı". SİA-nın məlumatına görə, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri, xarici işlər nazirinin müavini olmuş (2005-2011) Aleksandr Yakovenko məqaləsində deyir.
Onun sözlərinə görə, bu formatın əhəmiyyəti aydındır: "Bizim regional və qlobal məsələlərə koordinasiyalı yanaşmanın, əməkdaşlığın təşviqində maraqlıyıq. Bizi yalnız ümumi maraqlar birləşdirmir, həmçinin üzləşdiyimiz qlobal problemlər əməkdaşlığımızı zəruri edir. Bura Əfqanıstan və Yaxın Şərqdəki qeyri-sabitlik, beynəlxalq terrorizmlə mübarizə də daxildir. Liderlər bu çağırışlar və təhidlərə, silah və narkotiklərin, terrorçuların tranzitinə qarşı əməkdaşlığın müxtəlif formatlarının daxil olduğu (sammitlər, XİN rəhbərlərinin görüşləri) üçtərəfli mexanizmin yaradılmasını razılaşdırdılar".
Diplomat əalvə edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzərində işlərin başa çatdırılması baxımından üçtərəfli dialoqun aparılması çox əhəmiyyətlidir: "Bu Konvensiyanın imzalanması və icrası bütün beş Xəzəryanı dövlətlətin marağındadır". Onun sözlərinə görə, gündəlikdə digər vacib məsələlər "Şimal-Cənub" dəhlizi, Xəzərin neft və qaz yataqlarının birgə işlənməsi, ortaq layihələrin həyata keçirilməsidir. Həmçinin, Qazaxıstanda keçiriləcək V Xəzər summitinə hazırlıqların surətləndirilməsi üzrə də qərar qəbul edilib.
Rusiyalı diplomat hesab edir ki, yeni format qarşılıqlı faydalı əsasda üç ölkə arasında əlaqələrin gücləndirilməsinə töhfə verəcək: "Biz inanırıq ki, bu mexanizm regionda sabitliyin möhkəmləndirilməsinə, qarşılıqlı əməkdaşlığa şərait yaradılmasına müsbət təsir edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB