Partiya sədri: “Əli Kərimlinin fətullahçılarla əməkdaşlığı narahatedici məsələdir” AÇIQLAMA
"FETÖ-nun Azərbaycanda Əli Kərimli tərəfdarları ilə əlaqələrinin ifşa olunması xarici media qurumlarının da diqqətindən yayınmayıb. Mən buna mətbuatda rast gəldim. Fətullahçıların Əli Kərimlinin daxil olduğu seçki ittifaqlarına gizli dəstək verməsi faktının gün üzünə çıxması AXCP-nin özü haqda yaratmağa çalışdığı dünyəvi liberal dəyərlərin qoruyucusu mifini dağıdır. Görünür, bu da kərimovçuların daha çox təlaşa düşmələrinə səbəb olur". Bunu SİA-ya "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.
Sədrin sözlərinə görə, Əli Kərimlinin fətullahçılarla əməkdaşlığı çox düşündürücü və narahatedici məsələdir: "Hesab edirəm ki, bunun ciddi şəkildə araşdırılmasına böyük ehtiyac var. Ümumiyyətlə Gülən izinin Azərbaycanda ciddi şəkildə araşdırılması, xüsusilə də onun müxalifətlə bağlılığı ölkəmiz üçün yaxşı heçnə vəd etmir. Ona görə də düşünürəm ki, bizim peşəkar hüquq-mühafizə orqanları buna ciddi reaksiya verməlidirlər və araşdırlmalıdırlar. Hər birimiz şahidi olduq ki, Gülənçilər türkiyəyə qarşı hansı hərəkətlərə yol verdilər. Düşünürəm ki, Türkiyədə FETÖ- çularla bağlı istintaq dərinləşdikcə Əli Kərimli ilə terror təşkilatı arasında əlaqələrin yeni sübutları gün işığına çıxacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB