Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2016-cı ildə Azərbaycan və digər ölkələrə səfər edəcək. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov xəbər verib.
Məlumatda qeyd edilib ki, prezidentin beynəlxalq proqramı zəngindir: "Biz payızda Poşa və Serbiyaya gedəcəyik, sentyabrın əvvəlində Çində "Böyük İyirmiliyin" sammitinə dəvət olunmuşuq. Eyni zamanda Prezident Nazarbayev Yaponiya, Cənubi Koreya, Ermənistan, Azərbaycan, Səudiyyə Ərəbistanı və İordaniyaya səfər edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB