Ekspert: “Beynəlxalq güclər ölkəmizin haqlı işini tormozlayır” AÇIQLAMA

Ekspert: “Beynəlxalq güclər ölkəmizin haqlı işini tormozlayır” AÇIQLAMA

"Hesab edirəm ki, bu yaxınlarda Moskvada baş tutmuş Putin Sarkisyan görüşü Dağlıq Qarabağın gələcək taleyi, danışıqlar prosesinin bundan sonra hansı məcrada davam edəcəyi baxımından çox mətləblərin üstünü açdı. Nə qədər qəribə səslənsə də, açıq demək lazımdır ki, Ermənistan işğalçılıq siysətindən bundan sonra da əl çəkmək istəmir və ATƏT-in Minsk qrupu da bu məsələdə tam acizdir". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, əgər bu adam Dağlıq Qarabağın heç vaxt Azərbaycana qaytarılmayacağını bəyan edirsə və buna beynəlxalq qurumlar sakitcəsinə seyrçi münasibət sərgiliyirlərsə, deməli, ortada öz aralarında razılışadırılmış, məqsədyönlü bir iş planı var ki, status-kvo dəyişdirilməsin, vəziyyət bundan sonra da olduğu kimi qalsın: "Aprelin əvvəllərində yaranmış kritik situasiyadan öz havadarları vasitəsi ilə çıxdıqlarını düşünən ermənilər yəqin ki, bundan sonra da öz hakimiyyətlərini qoruyub saxlamaq üçün müxtəlif hiyləgərliklərdən istifadə etməklə bacardıqlarını etməkdə davam edəcəklər. Belə gedişlə yaxın perspektivdə mən Qarabağla bağlı hansısa kardinal dəyişikliyin baş verəcəyini düşünmürəm. Beynəlxalq güclər hələ ki, Azərbaycanın haqlı işini tormozlamaqla məşğuldurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə