Politoloq: “Sarkisyanın leqitimliyi çox aşağıdır” AÇIQLAMA

Politoloq: “Sarkisyanın leqitimliyi çox aşağıdır” AÇIQLAMA

"Ermənistan prezidenti Serj Sarkisyan çıxılmaz vəziyyətdədir. Prinsipcə, ökə daxilində və xaricində yaşayan ermənilər içində Sarksyanın leqitimliyi çox aşağıdır. Lakin, bu bizi düşündürə biləcək axırıncı məsələdir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycanın masa arxasındakı tələbləri eyni olacaq: "Bu gün erməni KİV-ində böyük narahatlığın şahidiyik. Ekspertlər, müxaliflər Sarksyanın 5 rayonu qaytarmağa razı olduğunu bildirirlər və buna görə onu tənqid edirlər. Ermənistan vətəndaşları başa düşməlidirlər ki, onların iki yolu var, ya ilkin şərt kimi rayonları qaytarırlar, ya da müharibə yolunu seçirlər. Populist erməni siyasətçilərinin Qarabağ barəsində verdikləri bütün bəyanatların arxasında hakimiyyətə gəlmək məqsədi dayanıbdır".

Bütün xəbərlər Facebook səhifəmizdə