Aram Sarqsyan: “Bizə haqq etdiyimiz tərzdə yanaşırlar” Erməni müxalifətçi

Aram Sarqsyan: “Bizə haqq etdiyimiz tərzdə yanaşırlar” Erməni müxalifətçi

"Əlbəttə ki, Qarabağ məsələsinin Türkiyə ilə ciddi şəkildə müzakirə edilməsi bizə xoş təsir bağışlamır". SİA xəbər verir ki, bu fikirləri Ermənistanın birinci kanalına Ermənistan Demokratik Partiyasının (EDP) sədri Aram Sarqsyan deyib. Partiya sədrinin fikrincə, buna səbəblərdən biri də Türkiyənin Azərbaycanla yekdil şəkildə çıxış etməsidir: "Bu, bizim zəifliyimizdən irəli gələn haldır. Əgər bizim daxili problemlərimiz dövlətin gücünü zəiflədirsə, bu zaman xarici oyunçular baş verənləri vaxtında anlayır və bizə haqq etdiyimiz tərzdə yanaşırlar".

Sarqsyan həmçinin bildirib ki, onların (ermənilərin – red.) heç bir təşəbbüsləri olmadığına görə, indiyə qədər heç bir tələblə də çıxış etmirlər: "Fakt budur ki, Azərbaycan öz maksimal "plankasını" qurub və deyir ki, ən yaxşı halda Qarabağa öz ərazisi daxilində muxtariyyət verə bilər".

EDP sədri bildirib ki, ölkəsinin müdafiə naziri bir neçə gün öncə ərazilərin geriyə qaytarılmayacağını bəyan edib. Lakin belə bəyanatlar heç nəyə kifayət etmir: "Biz danışıqlar prosesində tələb qismində hansı sözümüzü demişik?" -deyə müxalifətçi partiya sədri sual edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə