Türkiyədə səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə Böyük Millət Məclisini ziyarət edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Zərif 15 iyul hərbi çevriliş cəhdi gecəsi TBMM-nin bombalanan yerlərinə baş çəkib və baş verənlər haqqında ətraflı məlumat alıb.
Türk xalqının və demokratiyanı dəstəklədiklərini qeyd edən Zərif deyib ki, türk xalqı isbat etdi ki, demokratiyanın önünə keçmək olmaz: "Türk xalqının küçələrə çıxması, xalqın iradəsinin bütün qüvvələrdən üstün olduğunu bir daha göstərdi".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB