ABŞ-ın Bakıdakı səfirliyinə yeni müavin təyin edilib

ABŞ-ın Bakıdakı səfirliyinə yeni müavin təyin edilib

ABŞ-ın Bakıdakı səfirlyinə yeni səfir müavini təyin edilib. Bu barədə SİA-ya ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.

Yeni müavin Uilyam Gil ABŞ-ın Dövlət Departamentində 1995-ci ildən çalışır. O, ABŞ-ın Diplomatik Xidmət İdarəsinin karyera əməkdaşıdır. Bakıya gəlməmişdən öncə Vaşinqtonda İnsan Resursları Bürosunda İnkişaf Məsələləri üzrə əməkdaş kimi çalışıb.

Gil 2011-2013 illərdə Qərbi Avropa Məsələləri üzrə şöbəsinın direktor müavini və müvəqqəti direktoru işləyib. O, 2007-2011-ci illərdə Milanda ABŞ konsulu, 2005-2007 illərdə isə Beyrutda ABŞ-ın konsulu kimi çalışıb, 2006-cı ilin iyul-avqust müharibəsi zamanı 15 min amerikalının təxliyə əməliyyatını əlaqələndirib.

Diplomat Gil, həmçinin Hindistan və Mərəkeşdə də fəaliyyət göstərib.

O, Meri Kollecinin tarix üzrə bakalavr dərəcəsini alıb. Virciniya tatında anadan olub, diplomat fransız, Azərbaycan, italyan və ərəb dillərində danışır.

Bütün xəbərlər Facebook səhifəmizdə