Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeçiliyində olan "Şıx" sanatoriyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. SİA-nın məlumatına görə, açılışda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, "Kurort" Səhmdar Cəmiyyətinin sədri Əbil Ağasıyev və həmkarlar ittifaqının üzvlərini iştirak edib.
Məlumat üçün bildirək ki, ərazisi 2.5 hektar olan kompleksdə əsaslı təmir və yenidənqurma işlərinə 2015-ci ilin yanvarında başlanılıb. 102 çarpayılıq bu sanatoriya 1, 2 və 3 nəfərlik otaqlardan ibarətdir. Hər bir otaq daimi isti və soyuq su ilə təmin olunub. 5 mərtəbədən ibarət olan sanatoriya binasının xarici və daxili görünüşü müasir tələblərə uyğun olaraq dəyişdirilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, ağaclar və güllər əkilib. Qazanxana binası tamamilə yenilənib, orada olan avadanlıqlar dünyanın aparıcı ölkələrinin nüfuzlu şirkətlərinin istehsal etdiyi məhsullarla əvəzlənib.
Xatırladaq ki, ümumilikdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına məxsus 8 sanatoriya, 1 müalicə pansionatı,10 istirahət bazası fəaliyyət göstərir. Sanatoriyaların 6-sı ilboyu, digər 2-si, müalicə pansionatı və istirahət bazaları mövsümi fəaliyyət göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB