Hikmət Babaoğlu: “Hazırkı şəraitdə yeni nəqliyyat dəhlizi olduqca cəlbedici görünür”

Hikmət Babaoğlu: “Hazırkı şəraitdə yeni nəqliyyat dəhlizi olduqca cəlbedici görünür”

Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən görüşü tarixi bir görüş idi. Çünki Azərbaycanın dövlətçilik tarixinin son 200 illik dövrünə belə hadisə olmayıb. Bunu SİA-ya müsahibəsində "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Onun fikrincə, Bakı sammitini əhəmiyyətli edən səbəblərdən biri də görüşün Azərbaycanın təşəbbüsü ilə, Prezident İlham Əliyevin şəxsi nüfuzu sayəsində baş tutmasıdır.

H.Babaoğlu həm formatın, həm də müzakirə edilən bəzi məsələlərin yeni və tarixi olduğunu vurğulayıb. O görüşün regional təhlükəsizlik baxımından da əhəmiyyətini qeyd edib. Regiondakı bir sıra beynəlxalq iqtisadi layihələrə diqqət çəkən millət vəkili Şimal-Cənub nəqliyyat marşurutunun gələcəkdə geniş bir coğrafiyanı əhatə edəcəyini vurğulayıb: "Bu dəhlizi bəzən Süveyiş kanalına alternativ kimi səciyyələndirilər, amma onun çox böyük üstünlükləri var. Çünki yükdaşımanlarında bir ünvandan digərinə yükün çatdırılması müddəti çox əhəmiyyətli faktordu və bu müddət tutaq ki, Süveyiş kanalı ilə Cənub Şərqi Asiyadan Avropaya daşınan yüklərdəki vaxtı təqribən yarıya endirəcək. Əgər indi yüklər bir ay müdətinə daşınırsa, yeni dəhliz vasitəsilə 14-15 günə daşınacaq".

Millət vəkili ikinci vacib məqam kimi təhlükəsizlik məsələsini qeyd edib: "Biz bilirik ki, Şimali Afrika və Yaxın Şərqə uzun müddətdr qeyri-sabitlik hökm sürür. Sabit mərhələnin başlamasını proqnozlaşdırmaq mümkün deyil. Belə mərhələdə yeni nəqliyyat dəhlizi olduqca cəlbedici görünür. Bu, tək nəqliyyat deyil, həm də ekologiya, humanitar, mədəniyyət təhlükəsizlik dəhlizidir".

Bütün xəbərlər Facebook səhifəmizdə