"Azərbaycan və İran Rusiya üçün mehriban qonşu və vacib tərəfdaşdır. Biz əlaqələrimizdə yeni səhifə açırıq. Bu kimi formatın vacibliyi aydın idi". SİA-nın xəbərinə görə bunu Rusiya Prezidenti Vladimir Putin üçtərəfli görüşü zamanı çıxışında deyib.
Onun sözlərinə görə, bütün ölkələr oxşar problemlərlə qarşılaşır: "Ölkələrimizin yaxınlığında Əfqanıstan, yaxın Şərq yerləşir. Bu ölkələr qeyri-stabil qaynar nöqtələrdir və burada beynəlxalq terror təşkilatları fəaliyyət göstərir. Bunlar bizə real təhlükədir. Onlar ölkələrimizin daha sıx əməkdaşlığını tələb edir. Biz terror təşkilatlarının fəaliyyəti barədə informasiya mübadiləsinin vacib olduğunu hesab edirik. Həmçinin bu format Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanması baxımından vacibdir. Konvensaniyanın imzalanması bütün 5 ölkənin maraqlarına xidmət edir. Həmçinin bu format Cənub Şimal dəmiryol xəttinin yaranması, energetika neft qaz yataqlarının işlənməsi baxımından vacibdir. Mədəniyyət, turizm gənclər və təhsil sahələrinə də böyük diqqət ayırmaq lazımdır. Bu format gələcəkdə də praqmatik qarşılıqlı faydalı xarakter daşıyacaq və regionun dinamik inkişafına xidmət edəcək. Rusiya birgə aktiv işə hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB