Regional münaqişələr əməkdaşlığa böyük maneədir BƏYANNAMƏ

Regional münaqişələr əməkdaşlığa böyük maneədir BƏYANNAMƏ

Regionda həll edilməmiş münaqişələrin mövcudluğu regional əməkdaşlığa böyük maneədir. Münaqişələrin danışıqlar yolu ilə beynəlxalq hüquq və normalar əsasında tezliklə həll edilməsi vacibdir. SİA-nın məlumatına görə, bu barədə RİA-Novosti agentliyinə daxil olmuş Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakı samitinin yekunlarına dair bəyannamə layihəsində bildirilir.

Layihəyə görə, Azərbaycan, Rusiya və İran Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın tezliklə qəbul olunmasını təsdiqləyir: "Tərəflər Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi olduğunu nəzərə alaraq, Xəzərin hüquqi statusuna dair Konvensiyanın tezliklə qəbul olunmasının vacibliyini qəbul edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə