Mütəllim Rəhimli: “Siyasi proseslərə çox aktiv müdaxilə edirlər” AÇIQLAMA
"Azərbaycanda Əli Kərimlinin, istərsə də digərlərinin Fətullah Gülənçilərlə əlaqələri ölkəmizin milli maraqlarından uzaqdır". Bunu SİA-ya Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.
Sədr müavinin sözlərinə görə, son dövrlər Türkiyədə baş verən hadisələrdən də göründü ki, Fətullah Gülən dəstəyi indiyədək kifayət qədər ciddiyə alınmayıb: "Artıq müəyyən olundu ki, Gülən terror təşkilatı hadisələrə təsir etmək gücünə malikdir. Bu mənada hesab edirəm ki, bu qrupun münasibətlərinə daim diqqətdə olmaq lazımdır. Onlar siyasi proseslərə çox aktiv müdaxilə edirlər və öz istədiklərini almaq üçün dövlət orqanlarında kifayət qədər kadrlar yerləşdiriblər.
Gülən qrupu və yaxud hansısa əməkdaşı təbii ki, ölkənin milli maraqlarına müdaxilə edə bilməz. Bu o deməkdir ki, artıq həmin qüvvələr anti xarici qruplar tərəfindən onların banklarında xidmət edir. Azərbaycanda Əli Kərimlinin, istərsə də digərlərinin Fətullah Gülənçilərlə əlaqələri ölkəmizin milli maraqlarından uzaqdır. Ona görə də bunlara son qoyulmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB