Ərdoğan: “Çərşənbə günü nöqtəni qoyacağıq” DEMOKRATİYA NÖVBƏSİ

Ərdoğan: “Çərşənbə günü nöqtəni qoyacağıq” DEMOKRATİYA NÖVBƏSİ

İstanbul Böyük şəhər Bələdiyyəsi tərəfindən nəqliyyatda pulsuz daşıma qərarı 10 avqust çərşənbə gününə qədər uzadılıb. SİA "Takvim" qəzetinə istinadən xəbər verir ki, buna səbəb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən elan olunan demokratiya növbəsi çağırışıdır.

Xatırladaq ki, Ərdoğan Yeniqapıdakı çıxışında "Bu axşam demokratiya növbəsinə bir vergül qoyuruq"-deyə bildirib və bütün Türkiyəyə səsləndiyini vurğulayaraq deyib ki, çərşənbə günü nöqtə qoyulacaq: "İnşaallah çərşənbə günü nöqtəni qoyacağıq".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə