26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) ilə əlaqədar "Yeni Azərbaycan" təşəbbüs qrupunun Şəmkir rayon şöbəsi imzatoplama kampaniyasını uğurla həyata keçirib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, referendumla bağlı müvafiq mərhələlər üzrə nəzərdə tutulan işlər uğurla həyata keçirilir və bu məqsədlə əvvəlcədən nəzərdə tutulmuş imzatoplamada iştirak edəcək partiya fəallarının tərkibi müəyyənləşdirilib, onlarla treninqlər keçirilib, imzatoplama qaydaları haqqında ətraflı məlumat, tövsiyə və təlimatlar verilib.
İmzatoplama kampaniyasında 18 nəfər fəal partiya üzvü iştirak edib və ümumilikdə 900 nəfərin imzası toplanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB