Erməni qubernator: “Bütün məsuliyyət Sarkisyanın üzərindədir” İTTİHAM
"Bu, cəmiyyətə heç bir ümid verməyəcək və bu sadəcə formal, əhəmiyyətsiz və boş kəlmələr idi". SİA xəbər verir ki, sözüegedən fikirləri Ermənistanın birinci kanalına açıqlamasında Loriyskin sabiq qubernatoru Vigen Xaçatryan ölkəsinin prezidenti Serj Sarkisyanın İrəvan hadisələrindən sonrakı çıxışını şərh edərkən deyib.
Onun fikrincə, erməni xalqı növbəti dəfə hakimiyyətin köklü islahatlara və dəyişikliklərə, dövlətçilik maraqlarına xidmət etməyə hazır olmamasının şahidi oldu. Ermənistanın baş prokurorunun, eləcə də digər güc strukturları rəsmilərinin istefalarına gəlincə, Xaçatryan sadə xalqın bu istefalara görə sevinməsinə inanmadığını bildirib: "Hesab etmirəm ki, ictimaiyyət kimlərinsə cəzalandırılması marağındadır. Bu adamlar onlara verilən tapşırıqları icra ediblər. Problem cəzada deyil, cavabdehlikdədir. Son günlərdə baş verənlərə görə əsas cavabdeh isə məhz Serj Sarkisyandır".
"Ermənistandakı hakimiyyət inhisarı artıq bir nəfərin inhisarına çevrilib.. Bu gün ölkədə durğunluq vəziyyəti yaşanır. Hər kəs yuxarıya baxır ki, görək şef nə deyəcək ki, onlar da əmrləri yerinə yetirsinlər. Demokratik dövlət elan olunub və bu dövlətdə konstotusion hüquqlara tüpürülür. Prezident isə susur. Surur ona görə ki, hər şey onun iştirakı ilə baş verir"-deyə sabiq qubernator narahatlığını ifadə edib. O, həmçinin qeyd edib ki, ölkənin vulqar idarəçiliyi dövlətçiliyi diskreditasiyaya uğradır, xalqın gələcəyə olan inamını, ümidini məhvə sürükləyir.
Xaçatryan "Sasna-Srer" hadisələrinin məhz xalqın narazılığından doğan hadisə olduğunu xatırladıb: "İnsanlar son anda bu cür addımlara gedirlər. Əgər hakimiyyət xalqın marağını təmin edən müvafiq adıdmlar atmasa, biz növbəti dəfə eyni vəziyyətləti yaşamalı olacağıq".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB