Vaqe Ayvazyan: “Ermənistanda üsyanlardan qaçmaq olmayacaq”

Vaqe Ayvazyan: “Ermənistanda üsyanlardan qaçmaq olmayacaq”

Hazırkı vəziyyətdə erməni sahibkarlar ciddi problemlərlə qarşı-qarşıya qalıblar. Belə ki, onların xarici partnyorları Ermənistanda baş verən son hadisələrdən sonra bu ölkəni risk zonası kimi qiymətləndirirlər. SİA xəbər verir ki, bu fikirləri 1in.am saytına biznes üzrə ekspert Vaqe Ayvazyan deyib.

O, qeyd edir ki, əslində Ermənistan çoxdan risklər zonasındadır: "Bu, yeni problem deyil, sadəcə zaman-zaman həmin risklər daha da kəskinləşir. Biz qonşularımızdan fərqli ollaraq əlverişli coğrafi ərazidə yerləşmirik. Məsələn, yollar baxımından. Belə ki, hərdən Yuxarı Larsa aparan yollar bağlanır...Bu kimi problemlərimizə daxili siyasi vəziyyətlər də əlavə olunur. Lakin bütün bunlara qədər də maneələrimiz olub. Məsələn, Ermənistan 20 ildir ki, müharibə aparan ölkə hesab edilir".

Ekspertin sözlərinə görə, problemlər bütün ölkələrdə var və son anda sahibkarlar bu problemlərin həllində rol oynayırlar: "Əgər biz bu problemləri həll etməsək, hər hansı uğurdan danışmağa dəyməz".

Ayvazyan qeyd edib ki, nə vaxt ki, Ermənistanda əhalinin orta təbəqəsi formalaşmayınca, nifrət və üsyanlardan qaçmaq olmayacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə