"Taleh Bağırzadə kimilərindən maşa kimi istifadə edirlər" AÇIQLAMA

"Taleh Bağırzadə kimilərindən maşa kimi istifadə edirlər" AÇIQLAMA

"Taleh Bağırzadə kimilər antimilli qüvvələrdir. Bu cür qüvvələrin əksəriyyətinin xaricdən dəstəklənməsini hər kəs bilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahim qızı deyib.

Onun sözlərinə görə, dünyanı öz maraqlarına uyğun idarə etmək istəyən qüvvələr Taleh Bağırzadə kimilərindən öz maşaları kimi istifadə edirlər: "Belə olan halda, həmin qüvvələr ölkəmizin milli-maraqlarını qoruya bilərmi? Əlbəttə xeyr. Buna görə də bəzi qüvvələr əllərində saxladıqları alətləri müdafiə edərək onlara haqq qazandırmağa çalışırlar".

M. İbrahimqızı qeyd edib ki, bu cür qüvvələr zaman-zaman Azərbaycanda ictimai sabitliyi pozmağa cəhd etsələr də buna nail ola bilməyiblər: "Azərbaycanda mövcud olan ictimai sabitlik sayəsində ölkəmiz böyük inkişafa nail olub. Bunu pozmaq qeyri-mümkündür. Azərbaycan inkişaf etmiş ölkələr arasında öz sözünü deməyi bacarır. Bunu gözü götürməyən qüvvələr üzərilərinə götürdükləri öhdəliyə uyğun olaraq ölkəmizdə ajiotaj, dövlət üçün müxtəlif problem yaratmaq istəyirlər. Onların arxasında çirkli, qaranlıq dairələr dayanır. Bütün hallarda onların niyyətləri baş tutmayacaq. Həm antimilli qüvvələr, həm də onların havadarları birmənalı şəkildə bilmədir ki, Azərbaycan bu niyyət, layihə həyata keçirilə bilməz. Çünki, Azərbaycan xalqı öz taleyini 1993-cü ildə Ulu Öndər Heydər Əliyev siyasətinə, hazırda da bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevə bağlayıb. Bu cür qüvvələr Azərbaycanda azlıq təşkil etsə də, hər bir vətəndaşımız ayıq olmalı, Ukraynada, Gürcüstanda, Suriyada, Yaxın Şərqdə eləcədə qardaş ölkə olan Türkiyədə baş verənlər Azərbaycanda olmasına imkan verməməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə