Macarıstan ticarət və xarici işlər naziri Peter Szijjarto Türkiyə hökumətinin Fətullahçı terror təşkilatına (FETÖ) qarşı apardığı uğurlu əməliyyatı dəstəkləyib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Szijjarto Macarıstanda fəaliyyət göstərən "İndex" xəbər saytına bu barədə açıqlamalar verib.
Nazir deyib ki, türk hökuməti FETÖ-çulara qarşı yerində addım atıb: "Dövlət çevrilişi çox ciddi bir hadisədir və buna qarşı ciddi cavab verilməlidir. Demokratik seçkilərlə rəhbərliyə gəlmiş hökumətin çevrilişçilərə qarşı əməliyyatı çox yerində və düzgündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB