Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) SİA bildiriblər ki, avqustun 1-də 1 əkin sahəsi, kənd yolu, 8 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 12 min kvadratmetr ərazi yoxlanılıb.
O cümlədən Ağdam rayonunun Əfətli kəndində 1 əkin sahəsində 4 partlayış yerinə, Tərtər rayonunun Həsənqaya kəndində kənd yolunda 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb.
Ümumiyyətlə, 6 gün ərzində 1 972 100 kvadratmetr ərazi təmizlənib və 3236 ədəd müxtəlif növ və çaplı partlamamış hərbi sursat aşkar olunub. Bununla yanaşı, 117 ev və şəhər ərazisində 1256 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB