Avqustun 5-də Auditorlar Palatasında "İqtisadi islahatların sürətləndirilməsi ilə əlaqədar qəbul edilmiş normativ hüquqi aktların auditorlar və müvafiq qurumlar qarşısında yaratdığı öhdəliklər" mövzusunda seminar-müşavirə keçiriləcək.
Palatadan SİA-ya verilən məlumata görə, tədbirdə bu ilin fevral-iyun aylarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış qanun, fərman və sərəncamların təsərrüfat subyektləri və auditorlar qarşısında yaratdığı öhdəliklərə həsr olunan "İqtisadi islahatların həyata keçirilməsində müstəqil auditin rolunun gücləndirilməsi istiqamətində auditor xidmətlərinin göstərilməsinə dair metodik göstəriş" təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB