Azər Badamov: “Ermənistanın dövlət müstəqilliyi əldən gedib” AÇIQLAMA

Azər Badamov: “Ermənistanın dövlət müstəqilliyi əldən gedib” AÇIQLAMA

"Ermənistanın aclıq və səfalətin içində olması, yaşamağa ayrı bir ümid yerinin qalmaması insanları dövlətə qarşı çıxmağına vadar edib. Belə bir böhranlı vəziyyətin yaranması isə Ermənistandakı cinayətkar rejimin fəaliyyətinin nəticəsidir". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, əvvələr Qarabağın qorunması adı ilə aldadan Sərkisyan hökuməti artıq insanları aldada bilmir: "Ermənilər dərk etməyə başlayıblar ki, Ermənistanın dövlət müstəqilliyi əldən gedib və nə qədər Sərkisyan hakimiyyətdədir yaxşı heç nə gözlənilmir. Ona görə də onun hakimiyyətdən getməyinin yeganə yolunu qiyam və dövlət çevrilişində görürlər. Düşünürəm ki, Ermənistanda iqtisadi-siyasi böhran dərinləşərək Sərkisyan hökumətini devirəcək və qonşularla normal münasibətlər yarada biləcək yeni bir siyasi güc hakimiyyətə gələcək. Ermənistanın gələcəyinin yaxşı olması Azərbaycanla normal qonşuluq münasibətləri qurandan sonra mümkün olacaq. Nə qədər ki, Qarabağın işğaldan azad edilməsində ümümi razılığa gələ bilmirlər Ermənistanda siyasi sabitlik də mümkün olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə