Elmar Məmmədov: "Biz yeni inkişaf mərhələsinə qədəm qoyuruq" MÖVQE
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Bunu SİA-ya açıqlamasında YAP Gənclər Birliyinin (GB) koordinatoru Elmar Məmmədov deyib.
GB-nin koordinatoru bildirib ki, bu dəyişikliklər Azərbaycanın ictimai-siyasi, sosial - mədəni həyatındakı dəyişiklikləri, siyasi müasirləşmə prosesinin sürətlənməsini əks etdirir: "Referendum Aktı layihəsi Azərbaycanda Konstitusiya quruluşunun, eləcə də dövlətçiliyimizin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, informasiya təhlükəsizliyi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ öz əksini tapmış, Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postlarının yaradılması, Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident və parlament seçkilərində yaş məhdudiyyətlərinin aradan qaldırılması demokratiyanın inkişafına xidmət edir: Dəyişikliklər sübut edir ki, biz yeni mərhələyə qədəm qoyur, həmçinin vətəndaşlarımızın təhlükəsiz yaşamasına, dövlət-milli maraqlarımızın daha etibarlı qorunmasına, tərəqqisinə yönəlib".
Qeyd edib ki, Referendum üzrə ilkin təşəbbüs qrupu yaradılib: "YAP Gəncləri də bu işdə fəal iştirakı ilə yadda qalacaq, üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB