"Bununla bağlı işlər davam etdirilir"
"ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili üzərində işlərini davam etdirir". SİA-nın xəbərinə görə, bu barədə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik məlumat verib.
"Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtı hələ məlum deyil. Lakin ATƏT-in həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiya tərəflər arasında dialoqun yüksək səviyyədə davam etdirilməsini təmin etməyə çalışır. Belə ki, hazırda prezidentlərinin mümkün görüşün təşkili ilə bağlı işlər davam etdirilir "- deyə, amerikalı həmsədr qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB