Politoloq: "Ermənistanda baş verənləri öz elitası hazırlayıb" AÇIQLAMA

Politoloq: "Ermənistanda baş verənləri öz elitası hazırlayıb" AÇIQLAMA

"Ermənistandakı ixtişaşlarda dövlət çevrilişi olması inandırıcı görünmür. Fikrimcə, orada baş verən hadisələri Ermənistanın elitası hazırlayıb. Onlar həm Sarkisyanı istəmirlər, həm də Dağlıq Qarabağ münaqişəsinin danışıqlarını pozmaq niyyətindədirlər". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O qeyd edib ki, Ermənistanda gedən küçə döyüşləri Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı haqlı və uğurlu beynəlxalq siyasətinə zərbə vurmaq, danışıqlar prosesini pozmaq üçün hazırlanıb: "Onlar Azərbaycanın dünya güclərini haqlı mövqeyimizə cəlb etdiyini görərək, maneçilik törətməyə çalşırlar. Ancaq bu cəhdlər ermənilərə heç bir fayda verməyəcək. Azərbaycan Prezidentinin Dağlıq Qarabağ məsələsində mövqeyi qətidir və dövlətimiz bütün hallarda bu mövqedən çıxış edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə