Böyük Brtitaniya parlamentinin deputatları 472 lehinə, 117 əleyhinə "Trident" nüvə başlıqlı sualtı qayıqların tikilməsi proqramının icrasına səs veriblər. SİA xəbər verir ki, bu barədə BBC xəbər verir. Bununla deputatlar dəyəri 31 milyard funt-sterlinq olan 4 ehtiyat məqsədli sualtı qayıqların tikilməsi öz təsdiqini tapıb. Müdafiə naziri Maykl Fellon deputatlarla söhbətində bildirib ki, artıq nüvə təhlükəsi bütün dünyada artmağa başlayıb və "Trined" onların düşmənlərinin Brtitaniya ilə hərbi müdaxiləsinə ciddi maneə olacaq.
Qeyd olunur ki, leyboristlər partiyası sözügedən məsələdə birlik nümayiş etdirməyiblər. Onların 230 deputatından 140-ı liderləri Ceremi Korbinin layihəyə verdiyi dəstəyi dəstəkləməyiblər.
Şotlandiyadan olan deputatlar isə bütünlüklə layihəyə qarşı çıxıblar. Belə ki, Böyük Brtitaniyanın hərbi sualtı qayıqlarının əsas bazası məhz orada yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB