Bu gün Qazaxıstanın paytaxtı Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək. SİA-nın xəbərinə görə, görüşdə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin razılaşdırılması, Xəzərdə əməkdaşlığın müxtəlif istiqamətləri, Astanada keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.
Görüşdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB