Akif Nağı: “Ermənistan yenə də özünün köhnə ampulasında qalıb” AÇIQLAMA

Akif Nağı: “Ermənistan yenə də özünün köhnə ampulasında qalıb” AÇIQLAMA

"Ümumiyyətlə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlərə düzgün yanaşır". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

QAT sədrinin sözlərinə görə, beynəlxalq təşkilatların ədalətsiz mövqeyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yanaşmada öz əksini tapır: "Bununla belə Ermənistanın öz mövqeyində yəni barışmaz mövqedə qalması bu yanaşmada, münasibətlərdə əks olunur. Çünki Vyana, Sankt-Peterburq görüşündən sonra Ermənistan yenə də özünün köhnə ampulasında qalıb. Hətta Varşavada keçirilən NATO Sammitində bəzi məsələlərə aydınlıq gəldi. Məlum oldu ki, işğalçı ölkə heç bir halda yumşalmaq fikrində deyil. Bu mənada hesab edirəm ki, Azərbaycan Prezidenti düzgün mövqedədir.

Məhz buna görə də Prezident İlham Əliyev haqlı olaraq ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dedi ki, həmsədr ölkələr və ATƏT Ermənistana ciddi təzyiq göstərməlidir. Hətta ölkə rəhbəri Ermənistanda da bir mesaj ünvanladı ki, əgər işğalçı dövlət özünü bu cür apararsa Azərbaycan tərəfi başqa metodlara əl ata bilər. Hesab edirəm ki, bu müharibə mesajı idi. Əgər aprel hadisələrindən ermənilər dərs götürmədilərsə növbəti dəfə eyni hallar təkrarlana bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə