Həmsədrlər Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər

Həmsədrlər Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər

Sabah Vyanada ATƏT-in Minsk Qrupunun üzvlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirə aparılacaq. SİA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.

"Sabah Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrləri Minsk Qrupunun üzvlərini Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələri və gələcək addımlar barədə məlumatlandıracaq",- deyə Uorlik bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə