Ərdoğan Azərbaycan Prezidentinin bayramını təbrik edib

Ərdoğan Azərbaycan Prezidentinin bayramını təbrik edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. SİA-nın Prezidentin Mətbuat Xidmətinin məlumatına istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti Müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlıq edib, bayram münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, türk xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Dövləti başçıları dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə