“Əli Kərimlinin yanındakılar belə AXCP-nin faəliyyətinə inanmırlar” AÇIQLAMA

“Əli Kərimlinin yanındakılar belə AXCP-nin faəliyyətinə inanmırlar” AÇIQLAMA

AXCP sədri Əli Kərimlinin keçirdiyi toplantılarda yatanlar artıq bezib, yorulublar. Çünki, 20 ildən artıq müxalifətdə olan partiyanın üzvlərinin çoxunun AXCP ilə bağlı sabaha inamları qalmayıb". Bu fikirləri SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli bildirib.

Onun sözlərinə görə, AXCP üzvləri sadəcə olaraq nəinsə xatirinə olaraq toplantılara qatılırlar: "Toplantılarda nəinki partiya üzvləri hətta Əli Kərimlinin öz yaxın adamları belə ona qarşı diqqətsizlik edir, toplantılarda yuxulayırlar. Bu da o deməkdir, artıq onları orada müzakirə edilən məsələlər maraqlandırmır və partiyanın faəliyyətinə inam sona çatıb. Əgər həqiqətən də partiyanı sevib ona üzv olsaydılar, o zaman toplantılarda yatmaq əvəzinə müzakirələrə qatılıb, diskussiyalarda iştirak edərdilər. Bu da onu göstərir ki, partiyanın fəaliyyəti artıq onun üzvlərini də qane etmir".

M. Səfərli söyləyib ki, AXCP-yə üzv olan istənilən şəxs tez bir zamanda peşman olaraq yolundan geri dönür: "Bəzən gənclər çılğın olduqları üçün anlamadıqları şeylərə etiraz edə bilirlər. Partiya liderlərinin "bəlağətli" çıxışlarına inanlar da peşman olaraq tez bir zamanda partiyanı tərk edirlər. Ümumiyyətlə, müxalifətdə olan partiyaların sıraları çox zəifdir və onlar getdikcə ictimai rəydən məhrum olurlar. Bütün bunların nəticəsidir ki, həmin partiyalar iştirak etdikləri bütün seçkilərdə məğlub olurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə