Türkiyə mətbuatı PKK-nı ikiüzlülükdə ittiham etdi RİYAKARLIQDIR

Türkiyə mətbuatı PKK-nı ikiüzlülükdə ittiham etdi RİYAKARLIQDIR

PKK-ya dəstəyi ilə seçilən HDP-nin (Xalq Demokratik Partiyası) Atataürk Hava Limanında baş vermiş terror hadisəsini qınaması Türkiyə mətbuatında birmənalı qarşılanmayıb. SİA xəbər verir ki, Türkiyənin "Takvim" qəzeti və bu mətbu orqanın saytında (http://www.takvim.com.tr/guncel/2016/06/30/iki-yuzlu-hdp) sözügedən məsələ işıqlandırılıb.

Bildirilib ki, PKK-nın Türkiyənin müxtəlif bölgələrində törətdiyi terror hücumlarına susqunluq nümayiş etdirən HDP liderlərinin hava limanında baş vermiş terror hadisəsini qınayan bəyanatla çıxış etməsi anlaşılan deyil: "Terror təşkilatı PKK-nın gerçəkləşdirdiyi hücumlara susqunluq nümayiş etdirən HDP Atatürk Hava Limanında yaşanan terror aktının ardınca ortaya çıxdı. PKK-lı terrorçuların meyitlərinə sahib çıxan HDP terror mövzusunda ikiüzlü və riyakar davrandı".

Qeyd edək ki, HDP sədrinin sözçüsü İdris Baluken "Haradan gəlirsə-gəlsin, kim tərəfindən törədilirsə-törədilsin, qınanması lazım olan bir hadisədir", - deyərək, qanlı olayı pisləyən fikirlər səsləndirib.

Onun bu fikirləri Türkiyənin media və siyasət cameəsi tərəfindən səmimi qəbul olunmayıb.

Xatırladaq ki, PKK terorr təşkilatının daha bir qolu hesab edilən PJK və qeyriləri Suriya və İraqda İŞİD-ə qarşı cəbhə açıb. Bu baxımdan HDP-nin məlum bəyanatı səmimiyyətdən kənar faktor kimi qiymətləndirilməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə