250 terrorçu və 40 avtobomil məhv edildi ƏL-FƏLLUCƏ

250 terrorçu və 40 avtobomil məhv edildi ƏL-FƏLLUCƏ

ABŞ hərbi hava qüvvələrinin hücumu nəticəsində İŞİD terror qruplaşmasının İraqda yerləşən 250-dək canlı qüvvəsi və onlara məxsus 40 silahla təchiz olunmuş avtomobilləri məhv edilib. SİA xəbər verir ki, "Fox News" telekanalı bu məlumatı Pentaqondakı mənbələrə istinadən yayıb.

"Hava hücumu İŞİD-in Əl-Fəllicə şəhərinin cənub hissəsini tərk etməyə cəhd edən avtomobil kolonuna qarşı reallaşdırılıb", - deyə telekanal mənbənin sözlərinə istinad edib.

Qeyd edək ki, Əl-Fəllucə İraq ordusunun ardıcıl hücumları nəticəsində İŞİD yaraqlılarının əlindən alınaraq azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə